Premyer Liqaya qayıda bilməyən klubun 280 minlik borcu necə yaranıb?

21:20 Səbail 282
Premyer Liqaya qayıda bilməyən klubun 280 minlik borcu necə yaranıb?

Premyer Liqaya qayıda bilməyən “Səbail”in başının üstünü qara buludlar alıb.

Bayıl təmsilçisi fəaliyyətini davam etdirmək üçün 280 min manatlıq borcu ödəməlidir.

Borc haradan yaranıb?

240 manat personal, məşqçi və futbolçuların vergi daxil 3 aylıq maaşları (mart-may), yerdə qalan 40 min isə digər xərclər üçün sərf olunmuş vəsaitdir.

Borcun yaranma səbəbi klub rəhbərliyinin mövsümün əvvəlində və gedişində sponsorların ayıracağı vəsaitə bel bağlamasına görə olub.

Ötən mövsümün başlanğıcında sponsor şirkətdə - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (ASCO) rəhbər dəyişikliyi baş verib.

Klub rəsmiləri rəhbər dəyişikliyindən sonra “Səbail”ə əvvəlkitək maliyyə ayıracağına ümid edərək yükün altında girib. Lakin ay ayı dəyişsə də, ASCO-dan xəbər çıxmayıb. Dolayı yolla şirkət vəsait ayırmağı dayandırıb.

Çünki rəhbər dəyişikliyi zamanı “Səbail”in xərcləri şirkətin illik öhdəliyində qeyd olunmayıb. Əvvəlki adamlar futbola pul ayırmağı bilərəkdən və ya bilməyərəkdən kənara qoyub, yenilər də yaxalarını kənara çəkib.

“Səbail”dəki söz sahibləri illik xərcləri dövlətdən gələn aylıq 30 min manat, üstəgəl, ASCO-nun dünənə qədər ayırdığı məbləğə uyğun qurub. Şirkət “kranti bağlayınca”, su kəsilib, vəziyyət qəlizləşib.

İndi belə bir durum yaranıb.

Klubdakı hazırkı söz sahibləri borclu olduqlarının yerli və beynəlxalq qurumlara şikayət etməməsi üçün 280 minlik borcu bağlamağa sponsor axtarır. Yəni əlini cibinə sal, klubu verək sənə, işini istədiyin formada qur. Təbii ki, icarə formasında.

Çünki klub heç bir halda satıla bilməz.

Niyə?

Bu barədə başqa yazıda ətraflı izah olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti