Əcnəbi yarımmüdafiəçi bölgəni çempionluğu hədəfləyən qəsəbə klubuna dəyişdi

16 İyul 23:00 Səbail 870
Əcnəbi yarımmüdafiəçi bölgəni çempionluğu hədəfləyən qəsəbə klubuna dəyişdi

"İmişli"dən ayrılan Ezekiel Morqanın yeni klubu məlum olub.

Qanalı yarımmüdafiəçi karyerasını ölkəmizdə davam etdirəcək.

O, birinci liqa təmsilçisi "Səbail"lə anlaşıb.

Qarşısına çempionluq hədəfi qoyan Bayıl təmsilçisi orta sahə oyunçusu ilə 1 illik müqavilə imzalayıb.

Ezekiel Morqan 2025/26 mövsümündə "İmişli"nin heyətində 33 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

24 yaşlı legionerin daha əvvəl ölkəmizdə "Karvan-Yevlax"da da çıxış etdiyini bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti