“Sabah” İngiltərə səfərinə hazırlaşır.
Azərbaycan çempionu sentyabrın 8-də Bakını tərk edəcək.
“Sabah”ın əsas və U-19 komandalarını, eləcə də nümayəndə heyətini Mançesterə aparacaq çarter reysli təyyarə günorta saatlarında havaya qalxacaq.
Axşam saatlarında Mançestere çatacaq komanda üzvləri istirahət edəcək. Həmin günə məşq nəzərdə tutulmayıb.
Oyundan bir gün əvvəl, yəni sentyabrın 9-da Bakı vaxtı ilə saat 22:30-da baş məşqçi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
Bundan yarım saat sonra futbolçular oyunöncəsi son məşqə çıxacaq ki, hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Sentyabrın 10-da Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Mançester Yunayted” – “Sabah” dueli saat 23:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO..AZ
