Paytaxtdan ayrılan müdafiəçi seçim qarşısında - Bölgə təmsilçisi, yoxsa legioner həyatı?

9 İyul 23:00 Səbail 1 105
Paytaxtdan ayrılan müdafiəçi seçim qarşısında  - Bölgə təmsilçisi, yoxsa legioner həyatı?

Gənclər millimizin sabiq müdafiəçisi Sadiq Quliyev "Səbail"dən ayrılıb.

31 yaşlı oyunçu ötən yay 1+1 şərtilə Bayıl klubu ilə anlaşmışdı.

Əgər Bakı təmsilçisi Premyer Liqaya vəsiqə qazansaydı +1 qüvvəyə minəcəkdi.

Əksi olduğu üçün Sadiq getməyi seçib.

Artıq onun xidmətində maraqlı olan bir neçə klub var.

Birinci Liqa komandaları ilə bərabər "Kəpəz" də stoperə elçi düşüb.

Həmçinin Qazaxıstan və Özbəkistanda legioner həyatı yaşamaq variantlarını bura əlavə edə bilərik.

Təcrübəli oyunçu yaxın günlərdə yekun qərarını verəcək.

"Qəbələ"nin yetirməsi "Zirə" və "Turan Tovuz"da da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!