“Yenə də bu klubun uğurları üçün əməyimi əsirgəməyəcəm“

1 İyul 09:40 Səbail 1 974
“Yenə də bu klubun uğurları üçün əməyimi əsirgəməyəcəm“

“Yeni rəhbərliyə göstərdikləri etimada görə təşəkkür edirəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail“in mətbuat katibi Rəşad Məmmədov deyib.

Bilindiyi kimi, I Liqa klubunun təsisçisi dəyişib. Mövsümü üçüncü yerdə başa vuran Bayıl təmsilçisinə yeni himayədar gəlib.

“Dənizçilər“in əvvəlki yönətimindən yalnız R.Məmmədov burada saxlanılıb.

Uzun illər “Sumqayıt“da çalışmış, daha sonra “Səbail“ə gəlmiş press-ateşeyə onlar da xoş münasibət göstərib.

Axı Məmmədov işinin peəşkarı olan, kluba can yandıran, gecə-günlüz çalışan funksionerdir

. Kifayət qədər təcrübəli və sağlam kadrdır. Odur ki, yeni rəhbərliyin ağıllı addım atdığını, uzaqgörən olduğunu deyə bilərik.

Səbəbkarı qısaca dinləyək:

“Səbail”də çalışdığım 3 mövsümdə əlimdən nə gəlirsə etmişəm. Heç şübhəsiz, yenə də bu klubun uğurları üçün əməyimi əsirgəməyəcəm“.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?