“Mən “Neftçi” məktəbini keçmişəm, idarəetmənin ən son pilləsini bu klubda qurtarmışam”

14 İyul 2021 20:00 Səbail 978
“Mən “Neftçi” məktəbini keçmişəm, idarəetmənin ən son pilləsini bu klubda qurtarmışam”

“Bununla bağlı ancaq mətbuatdan eşitmişəm. Özümün heç nədən xəbərim yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi» və «Keşlə»nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

O, tezliklə klub təsərrüfatına dönə bilər. Bu barədə saytımıza AFFA-dan məlumat daxil olub. Redaksiyamıza verilən bilgiyə görə, adıçəkilən funksionerin «Səbail»in başına gətirilməsi məsələsi müzakirə olunur.

Belə ki, Tamerlan Abdullayevdən sonra klubun prezidenti postuna onun namizədliyi gündəmdədir. Bildirilib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bununla bağlı Ceyhun Sultanovu qəbul etməsi gözlənilir.

O, yeni çağırışı dəyərləndirməyə hazır olduğunu bildirib: “Düzdür, mən uzun illər klub idarəetməsində çalışmışam və bilirəm ki, harada çalışmışam.

“Neftçi” məktəbini keçmişəm. Bu, o deməkdir ki, Azərbaycan futbolunda bir var, institut qurtarasan, bir də var, akademiya qurtasan.

Mən idarəetmənin ən son pilləsini “Neftçi”də qurtarmışam. Nə məsləhət olsa, onu da edəcəm. Təklif gəlsə, klubda işləməyi düşünürəm.

Dəvət gəlməsə belə, yenə futbol sferasında olmağı planlaşıdırıram. Hələ heç kimlə görüşməmişəm.

AFFA-nın mənə harada çalışmağı təklif edəcəyini də fikirləşməmişəm. Hələlik öz işlərimlə məşğulam, vaxtımı ailəmlə keçirirəm. Gələcəkdə nə olacaq, onu da zaman göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti