Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni klubu “Bukovina”nın heyətində Ukrayna Premyer Liqanın altıncı turunda “Zorya”ya qarşı oyunda debüt edib.
Sportinfo,az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qonaqlar yeddinci dəqiqədə İqor Perdutanın qolu ilə hesabı açıblar. “Bukovina” isə yalnız 81-ci dəqiqədə Vyaçeslav Tankovskinin qolu ilə tarazlığı bərpa edib.
Azərbaycan millisinin üzvü Renat Dadaşov da qarşılaşmanın 65-ci dəqiqədə meydana daxil olub və sona kimi oynayıb.
Bu heç-heçədən sonra “Bukovina” xallarının sayını yeddiyə çatdırıb və turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Zorya” isə səkkiz xalla yeddinci yerdədir.
Dadaşov daha əvvəl “Eştoril”, “Vulverhempton”, “Qrasshoppers”, “Ankaragücü”, “Radomyak” və “Motor” kimi klubların futbolçusu olub.
Ötən mövsüm hücumçu 22 oyunda ümumilikdə 513 dəqiqə meydanda mübarizə aparıb.
