Azərbaycan çempionatında bir SUPER qol, üç AĞLASIĞMAZ səhv - VİDEO

14 Sentyabr 23:40 II Divizion 96
Azərbaycan çempionatında bir SUPER qol, üç AĞLASIĞMAZ səhv - VİDEO

II Liqada üçüncü tura yekun vurulub.

«Dinamo» səfərdə «Ağstafa Gəncləri»nin qonağı olub.

200 tamaşaçının izlədiyi matçda qapılara dörd qol vurulub. «Polislər» 7-ci dəqiqədə hesabı açmaq fürsəti yaxalasa da, Valeh Seyidov ona qarşı kobudluğa görə təyin edilmiş penaltini dəyərləndirə bilməyib.

İlk hissədə üstün təsir bağışlayan «dinamoçular» 34-cü dəqiqədə istəyinə çatıb. Elvin Cahangirli təqribən 30 metr məsafədən topu birbaşa qapıya göndərib.

Fasilədən sonra meydanda vəziyyət 180 dərəcə dəyişib.

Yaşar Seyidovun rəhbərlik etdiyi komanda müdafiə xəttində inanılmaz səhvlərə yol verib. Əgər buna səhv demək olarsa.

Öncə Raul Musayev, ardınca İbrahim Bağırov etdiyi «xətalar»la diqqət mərkəzinə düşüb.

SPORTİNFO.AZ

Ağstafa şəhər stadionu. 200 tamaşaçı
Baş hakim: Rəsul Babayev
Baş hakimin köməkçiləri: Samir Cabbarov, Ağadur Mahmudov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Nicat Oruclu, 39 (qeyri-idman hərəkəti); Şirməmməd Məmmədov, 55 (qeyri-idman hərəkəti); Elgün Qəhrəmanov, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Elgün Namazov, 49; Elçin Qasımov, 57, 82 // Elvin Cahangirli, 34

Qolla nəticələnməyən penalti: Valeh Seyidov, 7
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Ağstafa Gəncləri”
1. Elgün Əmiraslanov
8. Elgün Namazov (k)
(21. Elgün Qəhrəmanov, 82)
10. Cavid İmamverdiyev
4. Şirməmməd Məmmədov
(22. Adil Tağıyev, 82)
2. İlkin Allahverdiyev
18. Eldost Qiyasbəyli
(6. Qəşəm Məmmədov, 46)
13. Ramin Süleymanov
3. Nicat Oruclu
20. Elçin Qasımov
9. Sənan Aslanov
(12. Tural Məmmədov, 87)
7. Hüseyn Alıyev
Ehtiyat oyunçular:
16. Ülvi Quliyev
17. Elgün Salıfov
15. Yunis Hüseynov
70. Real Muradov
19. Tunar İsgəndərli
Baş məşqçi: Əli Bağırov

“Dinamo”
1. İbrahim Bağırov
14. Xəyal Qocayev
20. Valeh Seyidov (k)
19. Elvin Cahangirli
10. Ziya Məmmədli
4. Raul Musayev
9. Tariq Hajjaj
(16. Talıb Ramazanov, 74)
7. Zöhrab Bayramov
(33. İlyas Zahidov, 58)
3. Ayxan Mustafazadə
(2. Murad Rüstəmov, 74)
6. Nuran Muradlı
8. Rəsul Məmmədli
Ehtiyat oyunçular:
12. Sübhan İbadov
17. Əvəz Cəfərquluzadə
Baş məşqçi: İbrahim Uzunca

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”