Lopesin transferi üçün 500 milyon avro ödəməlidirlər - “Barselona”ya

21:40 İngiltərə 97
Lopesin transferi üçün 500 milyon avro ödəməlidirlər - “Barselona”ya

“Çelsi”nin “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesə marağı davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

“Çelsi”nin baş məşqçisi Xabi Alonso 23 yaşlı futbolçunu komandasında görmək istəyir. Hətta ispan mütəxəssisin Ferminlə şəxsən telefonla danışaraq, transferə razı salmaq istədiyi də iddia olunur.

“Barselona”nın prezidenti Xuan Laporta isə Fermin Lopesin London klubuna keçməsinə qarşıdır.

“Çelsi”nin ispaniyalı futbolçunu transfer etməsinin yeganə yolu onun müqaviləsindəki 500 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirməkdir.

Fermin Lopesin “Barselona” ilə müqaviləsinin müddəti 2030/31 mövsümünün sonuna qədərdir.

Onun komandası “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti