Hücumçusu ilə yeni müqavilə bağlamaq məqsədilə danışıq aparır

01:30 İspaniya 70
Hücumçusu ilə yeni müqavilə bağlamaq məqsədilə danışıq aparır

“Barselona” hücumçusu Rafinya Diasla müqavilənin müddətini uzada bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Barca Universal” digər mənbələrə istinadən məlumat yayıb.

Kataloniya klubu artıq Rafinya ilə yeni müqavilə üzərində işləyir. Tərəflər arasında danışıqlar davam edir. Hücumçunun komandada qalmaq üçün Səudiyyə Ərəbistanı klublarından gələn sərfəli təklifləri rədd etdiyi bildirilir.

Braziliyalı futbolçu cari mövsümdə mərkəz hücumçusu mövqeyində çıxış edir. O, bütün turnirlərdə keçirdiyi 5 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə verib.

29 yaşlı oyunçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. Onun komandası “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir.

Kataloniyalılar Azərbaycan çempionu ilə noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi