Millimizin yarımmüdafiəçisi "Neftçi"ni debütanta dəyişir

17:00 Neftçi 220
Millimizin yarımmüdafiəçisi "Neftçi"ni debütanta dəyişir

Elvin Camalov "Neftçi"dən ayrılmağa yaxındır.

Təcrübəli yarımmüdafiəçinin xidmətində bir neçə Premyer Liqa klubu maraqlıdır.

Ən real təklif isə “Şəfa”dan gəlib. Hazırda tərəflər arasında danışıqlar gedir.

31 yaşlı futbolçunun mövsümün qalan bölümünü “Şəfa”da keçirməsi kifayət qədər real görünür.

Yayda tərəflər arasında danışıq olsa da, anlaşmaq mümkün olmamışdı.

Elvin Camalov “Qəbələ”nin yetirməsidir.

"Zirə" və "Sabah"ın formasını geyinib.

Ötən mövsümdən isə “Neftçi”də çıxış edir.

Millimizin üzvü “Neftçi”də əsas heyətə düşməkdə çətinlik çəkir və daha çox ehtiyat oyunçular skamyasında qalır.

Onun klubdan ayrılmağının əsas səbəbi də daha çox oyun şansı qazanacağı komandaya keçmək arzusudur.

Elvin bu mövsüm "Sumqayıt"la oyunda cəmi 12 dəqiqə meydanda olub.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti