Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe daha əvvəl “qızıl top”a layiq olub-olmadığı barədə danışıb.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı forvard, bir neçə il ərzində özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib:
“Bir neçə il ərzində özümü dünyanın ən yaxşı futbolçusu hesab edirdim. Məndən daha yaxşı oyunçu görmürdüm.
Sonra Lionel Messi qalib gələndə deyirdim: “Ən yaxşı oyunçu səhnədədir”. Heç bir problem yoxdur. Kriştiano Ronaldo qalib gələndə də eyni sözləri deyirdim.
Digərlərinə gəlincə, onların “qızıl top”u olsa da, heç vaxt onlarla yerimi dəyişməzdim. Amma bu, xoş hissdir, çünki inkişaf üçün əlavə motivasiya verir”.
Mbappenin “qızıl top” səsverməsində ən yüksək nəticəsi 2023-cü ildə üçüncü yer olub.
