"Formamda eniş yoxdur, hər məşqçinin öz fəlsəfəsi var"

22:55 Müsahibə 77
"Formamda eniş yoxdur, hər məşqçinin öz fəlsəfəsi var"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 5-ci turunda doğma divarlar arasında "Qəbələ"ni qəbul edib.

Qərb təmsilçisi ağır keçən qarşılaşmadan minimal hesablı qələbə ilə ayrılaraq növbəti 3 xalı aktivinə yazıb.

Matçın ardından "Kəpəz"in yarımmüdafiəçisi Şakir Seyidov Sportinfo.az-a müsahibə verib.

– İlk öncə oyunla bağlı nələr deyə bilərsən?

– Oyuna həftəboyu ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, qələbə qazanıb 3 xalı götürdük.

– Ötən tur "Şamaxı"ya 1:4 hesablı məğlubiyyətdən sonra toparlanmaq çətin olmadı?

– 4:1 hesablı məğlubiyyəti unutmalı və bu oyuna köklənməli idik. Çünki oyunun vacibliyini bilirdik, xal qazanmalı idik. "Şamaxı" ilə oyuna da yaxşı hazırlaşmışdıq. Təəssüf ki, həmin oyunumuz alınmadı.

– Yeni arena, dolu tribunalar necədir? Qələbələrdə nə qədər rol oynayır?

– Arenanın atmosferi əladır. Azarkeşlərin dəstəyini hər an hiss etmək çox yaxşıdır.

– Bu mövsüm az şans alırsan. Rəqabət artıb, yoxsa formanda eniş var?

– Rəqabət hər mövsüm var. Formamda eniş yoxdur, şükür Allaha. Sadəcə, hər məşqçinin öz oyun fəlsəfəsi var. İnanıram ki, hər kəsə şans düşəcək. Əsas məsələ həmin şansdan yararlanmaqdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti