“Bizim ingilis klubları ilə qarşılaşmalarımız əksər haıılarda belə böyükhesablı məğlubyyətlərlə bitib”.
Bu sözlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış jurnalist “Sabah“ın Çempionlar Liqasının əsas mərhələsinə “Mançester Yunayted“ məğlubiyyəti ilə başlamasına münasibət bildirib. O, “bayquşlar“ın səfərdə ingilislərə 0:4 hesabıyla uduzmasını təbii hal adlandırıb:
“Qarabağ“ Azərbaycan klub futbolunun brendidir. Onlar belə, “Çelsi“ və “Liverpul“a 0:6, “Nyukasl“a 1:6 hesabıyla uduzub.
“Sabah“ın uduzduğu da “Mancester Yunayted“dir. Rəqibin adı, tarixi, avrokubok təcrübəsi, büdcəsi, heyətlər arasındakı kəskin fərq, stadion-azarkeş faktoru - biz sözlə, Masazır klubu futbol baxımından heç bir nisbətdə “Mançester Yunayted“lə müqayisəyə gəlmir.
Futboldan anlayan, normal düşüncəsi olan hər kəs bunu dərk edir. Ona görə “şeytan yuvası“ - “Old Trafford“dakı bu məğlubiyyətə görə üzülməyə dəyməz.
Demirdiz ki, “Sabah“ Çempionlar Liqasında nəhənglərə rəqib olsun, buyurun! Ayıdan qorxan meşəyə getməz“.
