Qurban Qurbanov bu futbolçunu “Qarabağ”a qaytarmayacağını AÇIQLADI

14 Sentyabr 00:50 Qarabağ 3 451
Qurban Qurbanov bu futbolçunu “Qarabağ”a qaytarmayacağını AÇIQLADI

"Qarabağ" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Hər iki komanda 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq. Xallarımızın üzərinə 1 xal gəldi. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Yeni gələn futbolçuların performansı sizi qane edir?

- Hələ optimal formalarından uzaqdırlar. Yeni oyunçuların hər biri üçün oynamağa şərait yaradırıq. Qarşıda milli fasilə olacaq. Onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdə şans olacaq.

- Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı var?

- Yox. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə