Bu şəxslərin stadiona girişinə ömürlük qadağa qoyulmasını tələb etdi - RONALDO

12:20 Dünya futbolu 74
Bu şəxslərin stadiona girişinə ömürlük qadağa qoyulmasını tələb etdi - RONALDO

Kriştianu Ronaldo Səudiyyə Pro Liqası rəhbərliyinə çağırış edərək “Əl-Hilal”ın futbolçusu Ruben Neveşə qarşı mərhum dostu Dioqo Jota üzərindən psixoloji təzyiq göstərən “Əl-Taavun” azarkeşlərinin stadiona girişinə ömürlük qadağa qoyulmasını tələb edib.

Sportinfo.az xəbər verir ki, “Əl-Hilal”ın 6:0 hesablı darmadağınla qalib gəldiyi oyundan sonra tribunalardan gələn təxribatçı şüarlara münasibət bildirən portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş də sərt danışıb.

“Ümid edirəm ki, bu etdiklərindən sonra utanmadan ibadət etməyə, dua etməyə getməzlər, Allah hər şeyi görür”, – deyə Neveş azarkeşlərin mənəviyyatsızlığına reaksiya verib.

“Əl-Taavun” azarkeşləri oyun zamanı Neveşi qıcıqlandırmaq üçün keçən il yol qəzasında faciəvi şəkildə həlak olan keçmiş komanda yoldaşı və yaxın dostu Dioqo Jotanın adını tempə salaraq təhrikçi şüarlar səsləndirmişdilər.

Ronaldo milli komandadakı yoldaşının müdafiəsinə qalxaraq bu cür addımların cəzasız qalmamalı olduğunu vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı