Polşalı forvard artıq “Yuventus”un planlarında yer almır

14 Sentyabr 00:20 İtaliya 406
Polşalı forvard artıq “Yuventus”un planlarında yer almır

“Yuventus”un hücumçusu Arkadiuş Milik Avropanı tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ-dən bir klub polşalı futbolçu ilə maraqlanır.

Hücumçu artıq “Yuventus”un planlarında yer almır və Turin klubu onun satışına hazırdır.

Milik 2023-cü ilin yayından “Yuventus”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədər qüvvədədir.

32 yaşlı futbolçu 2025/26 mövsümündə İtaliya çempionatında cəmi 2 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti