“Red Bull”un pilotu Azərbaycan Qran-prisini buraxacaq?

08:00 Atçılıq 58
“Red Bull”un pilotu Azərbaycan Qran-prisini buraxacaq?

“Red Bull”un fransalı məşhur pilotu İsak Hacar biləyindən aldığı zədə səbəbindən “Formula-1”in Azərbaycan Qran-prisini buraxa bilər.

Sportinfo.az “GPblog” istinadən xəbər verir ki, komanda fransalı pilotun Bakıda keçiriləcək mərhələdə sükan arxasına qayıdacağını hələ təsdiqləyə bilmir.

İsak Hacar yay fasiləsi zamanı zədələnib və artıq ardıcıl üç mərhələni buraxıb. Niderland və İtaliya Qran-prilərində onu Liam Louson əvəzləyib. İspaniya Qran-prisində də heyət dəyişməyəcək.

Hacar özü komanda ilə birlikdə Madridə gəlib. Lakin o, zədələnmiş biləyində hələ də fiksator gəzdirməkdə davam edir.

Nəşrin məlumatına görə, “Red Bull” pilotun qayıdışını konkret mərhələ ilə əlaqələndirmək niyyətində deyil və onun tam bərpa olunması üçün nə qədər vaxt lazım olsa, gözləməyə hazırdır.

Fransalı pilotun vəziyyəti Bakıda keçiriləcək mərhələ yaxınlaşdıqca yenidən qiymətləndiriləcək.

Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində baş tutacaq.

Bakı mərhələsi payızın üçlü yarış seriyasının ilk yarışı olacaq. Bundan sonra Qran-pri mərhələləri ardıcıl olaraq Malayziya və Sinqapurda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi