"Qarabağ"ı uda bilərdik"

11:20 Zirə 94
"Qarabağ"ı uda bilərdik"

“Zirə”nin qapıçısı Hüseynəli Quliyev “Qarabağ”la 1:1 hesablı heç-heçədən sonra matç barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, qolkiper komandasının oyundan razı qaldığını və qələbəyə yaxın olduqlarını bildirib:

"Qarabağ"ın güclü komanda olduğunu bilirdik. Amma yaxşı oynadıq. Hətta qələbə də qazana bilərdik.

Bəzi vəziyyətlər istədiyimiz kimi alınmadı, həm də qol buraxdıq. Yenə də, yaxşı oynadıq".

Milli komandaya mümkün dəvətlə bağlı isə Quliyev bunları deyib:

"Dəvət olunsam, əlbəttə ki, sevinərəm. O da məşqçilərin qərarıdır.

Çünki Azərbaycanda yaxşı yerli qapıçılarımız var. Mənim üçün böyük fəxr olar".

Mövsümün hədəflərinə toxunan “Zirə”nin qapıçısı əlavə edib:

"Biz meydana çıxdığımız hər oyunu qələbə ilə başa vurmağa çalışırıq. Hansı pillədə qərarlaşacağımız mövsümün sonunda bilinəcək".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı