Xorvatiyalı hücumçu MY və “Tottenhem”in hədəfindədir

14 Sentyabr 00:00 Almaniya 418
Xorvatiyalı hücumçu MY və “Tottenhem”in hədəfindədir

“Frayburq”un hücumçusu İqor Matanoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” və “Mançester Yunayted” xorvatiyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.

Matanoviç 2025-ci ilin yayından “Frayburq”da çıxış edir. “Transfermarkt” onun bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

23 yaşlı hücumçu bu mövsüm Almaniya çempionatında keçirdiyi 3 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti