Azərbaycan klubunun “kral”ı formasını 7500-ə satdı, 20 min manat yığıldı

20:00 Sabah 106
Azərbaycan klubunun “kral”ı formasını 7500-ə satdı, 20 min manat yığıldı

Bir müddət öncə Timoteuş Puxaç nümunəvi addımla gündəmə gəlmişdi.

“Sabah”ın polşalı futbolçusu “instagram” hesabında etdiyi paylaşımda “Hapoel Beer-Şeva” ilə tarixdə qarşılaşmada geyindiyi formanı hərraca çıxardığını bildirmişdi.

Bunu xəstəlikdən əziyyət çəkən xanımın müalicəsinə dəstək olmaq üçün etdiyini demişdi.

Puxaç yaydığı videogörüntüdə onu da qeyd etmişdi ki, hərracda istədiyi məbləğ yığılmayacağı halda, formanı özü alacaq və həmin məbləği xəstənin hesabına köçürəcək.

Məsələni diqqətdə saxladığımızdan hərracın hansı sonluqla başa çatdığını öyrənmək istədik.

“Sabah”ın polşalı “assist kralı” Sportinfo.az-a açıqlamasında bu barədə ətraflı məlumat verdi:

“Bəli, kimsə formanı 7500 AZN-ə aldı. Daha çox kömək edə bilməyimiz üçün mən də üzərinə 10000 AZN əlavə etdim.

Həmçinin izləyicilərimin bir çoxu kömək etməyə çalışdığımız qadın üçün ianə etdi.

Düşünürəm ki, bütün kampaniya nəticəsində təxminən 20000 AZN toplandı. Bu işdə iştirak edən hər kəsə təşəkkür edirəm”.

Puxaçın bu əməli bir daha göstərir ki, futbol təkcə idman növü deyil, həm də insanları birləşdirən oyundur. Təbii ki, hər futbolçu “Sabah”ın polyakı kimi deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti