“Çətin və vacib qələbə qazandıq. Sübut etdik ki, xarakterli kollektivə sahibik”.
“Neftçi”nin braziliyalı vingeri Breno Almeyda Sportinfo.az-a açıqlamasında “İmişli” ilə oyunu dəyərləndirib.
Qonaqlar matça istəkli başlayıb 2 qol vursalar da, bölgə təmsilçisi öncə hesabı arasındakı fərqi azaltdı, ilk hissənin son saniyələrində penaltidən bərabərlik topunu vurdu.
“Ağ-qaralar”ın xilaskarı rolunu bu dəfə Qustavo Klisman icra etdi. İkinci hissədə meydana daxil olan braziliyalı yarımmüdafiəçi Pelesayağı qolla komandasına 3 xal qazandırdı.
Bu qarşılaşmada aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdıran Breno qalibiyyətlə bağlı bunları deyib:
“Futbolda belə hallar qaçılmazdır. Boşluqlara yol verdik ki, “İmişli” bundan istifadə edib hesabı bərabərləşdirdi.
Buna baxmayaraq, Tanrının köməyi, göstərdiyimiz birlik və Qustavonun möhtəşəm qolu ilə vacib qələbə əldə etdik. Bu, bir daha göstərdi ki, “Neftçi”də əsas, yaxud əvəzedici futbolçu statusu yoxdur.
Komanda tək “11-lik”də yer alanlardan ibarət deyil. Get-gedə daha yaxşı olacağımıza əminəm”.
5 turdan sonra aktivində 12 xal olan “Neftçi” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
HƏBİB
