“Qalatasaray”ın sabiq hücumçusu Mauro İkardi karyerasını Yunanıstan çempionatında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvardı heyətinə qatmaq istəyən “Olimpiakos” artıq ona rəsmi təklif göndərib.
Hazırda İkardi azad agent statusundadır.
33 yaşlı futbolçunun son klubu “Qalatasaray” olub. O, ötən mövsüm Türkiyə çempionatında 31 oyunda meydana çıxıb, 14 qol vurub və 1 məhsuldar ötürmə verib.
