“Sabah”ın ÇL-dəki məşhur rəqibinin qapıçısına göz dikib - Avropanın top-klubları

22:00 İspaniya 138
“Sabah”ın ÇL-dəki məşhur rəqibinin qapıçısına göz dikib - Avropanın top-klubları

“Barselona”nın qapıçısı Xuan Qarsiya transfer bazarında böyük maraqla qarşılanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın aparıcı klubları 25 yaşlı qapıçını heyətinə qatmaq niyyətindədir.

Ancaq futbolçu ilə maraqlanan klubların adları hələlik açıqlanmır.

Qarsiya ötən ilin yayından “Barselona”nın formasını geyinir. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir. Qapıçının bazar dəyəri 45 milyon avro qiymətləndirilir.

İspaniyalı qolkiper cari mövsümdə La Liqada 5 oyunda meydana çıxıb, 4 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.

Onun komandası noyabrın 25-də, Çempionlar Liqasının 5-ci turunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti