“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko zədədən sonrakı vəziyyəti haqda danışıb.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, sloveniyalı futbolçu zədədən qayıdışının niyə uzun çəkdiyini belə izah edib:
“Niyə geridönüş bu qədər uzun çəkdi? Əslində, vəziyyətin daha da pisləşməməsi üçün hər şey edilmişdi.
Sadəcə, adətən olduğundan bir az daha çox vaxta ehtiyacımız var idi, çünki çox tez qayıtmaq problemin təkrarlanması riski yaradır.
Düşünürəm ki, bir az daha gözləmək əla qərar idi. İndi sağalmışam, vəziyyət mükəmməldir”.
Şeşko Çempionlar Liqasında “Sabah”a qarşı keçirilən son oyunda (4:0) ilk “11-lik”də yer alıb. Komandalar sentyabrın 10-da “Old Trafford” stadionunda qarşılaşıblar.
