Azərbaycan cüdo millisi Macarıstanda keçirilən “Böyük Dəbilqə” turnirini üç medalla başa vurub.
Sportinfo.aiz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov üçüncü yer uğrunda görüşdə ukraynalı Yakiv Xammoya ipponla qalib gəlib və bürünc medalın sahibi olub.
Bununla da Azərbaycan yığmasının turnirdə qazandığı medalların sayı üçə çatıb.
Daha əvvəl Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində qızıl, Vüsal Qalandarzadə isə 81 kq-da bürünc medal qazanıb.
