Rusiyada vəzifə tutan tanınmış azərbaycanlının oğlu “Araz-Naxçıvan”da

14 Sentyabr 23:20 Araz-Naxçıvan 1 830
Rusiyada vəzifə tutan tanınmış azərbaycanlının oğlu “Araz-Naxçıvan”da

Rusiya Minifutbol Assosiasiyasının prezidenti Emil Əliyevin 18 yaşlı oğlu Tengiz Aliev “Araz-Naxçıvan”ın heyətinə cəlb olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə azərbaycanlı hakim-inspektor, keçmiş FIFA referisi Asim Xudiyev məlumat verib.

O bildirib ki, bu gün “Qarabağ” – “Araz-Naxçıvan” (əvəzedicilər) oyunundan sonra Emil Əliyevlə görüşüb.

Xudiyevin sözlərinə görə, söhbət zamanı Emil Əliyevin böyük oğlu Tengiz Alievin “Araz-Naxçıvan”ın heyətinə qoşulduğu və qarşılaşmada iştirak etdiyi məlum olub.

Emil Əliyev bu il növbəti beşillik müddət üçün yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti seçilib.

Digər Xəbərlər
Xəbər Lenti