Dörd turdan sonra komandanın baş məşqçisini dəyişdilər - FOTO

14 Sentyabr 11:40 Əvəzedicilər 2 003
Dörd turdan sonra komandanın baş məşqçisini dəyişdilər - FOTO

Əvəzedicilər Liqasında çıxış edən «Şəfa»nın baş məşqçisi dəyişib.

Rasim Əliyev «dubl»un sükanı arxasından ayrılıb.

Onu bu vəzifədə Aqil Nəbiyev əvəzləyib.

«Şəfa-2» liqanın ilk dörd turu ərzində 3 xal toplayıb. Bu müddətdə 1 qələbə qazanmış və meydanı 3 dəfə məğlub tərk etmiş «göy-ağlar» turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Aqil Nəbiyev axır bir nççə ili aşağı yaş qrupları üzrə millilərdə keçirib. Son olaraq U-17-ni çalışdırıb.

Əvəzedici komandanın sükanı arxasını boşaldan Rasim Əliyev «Şəfa»dan ayrılmayıb. O, bundan belə, futbol akademiyasının koordinatoru olaraq fəaliyyətini davam etdirəcək.

SPORTİNFO.AZ

"Perspektivli komandamız var" - Aqil Nəbiyev

Digər Xəbərlər
Xəbər Lenti