“Araz” - “Turan” matçının hadisələri - VİDEO

01:10 Araz-Naxçıvan 66
“Araz” - “Turan” matçının hadisələri - VİDEO

Misli Premyer Liqasının V turunda "Turan Tovuz" ilə "Araz-Naxçıvan" üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Görüşdə hesabı Naxçıvan təmsilçisi açıb. Emmanuel Hakmanın 7-ci dəqiqədə vurduğu avtoqol "Araz-Naxçıvan"ı hesabda irəli çıxarıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv ikinci hissənin 51-ci dəqiqəsində İbrahima Vadji ilə "status kvo"nu bərpa edib. 75-ci dəqiqədə isə Jo Batista "Turan Tovuz"u hesabda önə keçirib.

Matçda yekun nəticəni isə "Araz-Naxçıvan"ın üzvü Ağadadaş Salyanski müəyyənləşdirib. Futbolçu 86-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

8 xalı olan "Turan Tovuz" turnir cədvəlində beşincidir. "Araz-Naxçıvan" isə 2 xalla 11-ci sırada qərarlaşıb.

“Araz-Naxçıvan” - “Turan Tovuz” 2:2

Şamaxı şəhər stadionu, 500 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Mohamed Mara, 26 (qeyri-idman hərəkəti); Ömər Buludov, 69 (hakimin qərarına etiraz); Mamadu Kane, 90 (qeyri-idman hərəkəti) // Aleksey Kenyaykin, 81 (qeyriidman hərəkəti)
Qollar: Emmanuel Hakman, 7 (ö.q.); Ağadadaş Salyanskiy, 86 (p.) // İbrahima Vadji, 51; Jo Batista, 75
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

“Araz-Naxçıvan”
99. Tərlan Əhmədli
7. Rövlan Muradov
(10. Şarl Boli, 73)
26. Ömər Buludov
2. Abdulla Rzayev
(12. Bruno Franko, 67)
8. Mustafa Əhmədzadə
(29. Ceyhun Nuriyev, 73)
9. Ağadadaş Salyanskiy
27. Boyan Letiç
6. Patrik Andrade (k)
(23. Alberto Fernandes, 67)
11. Mohamed Mara
(14. Ülvi İsgəndərov, 90+4)
36. Mamadu Kane
5. Luka Dumançiç
Ehtiyat oyunçular:
1. Artur Auqusto
13. Qabil Əlizadə
22. Rəşad Həsənov
21. İbrahim Piriyev
77. Nihat Mehralıyev
19. Abdallah Sudi
Baş məşqçi: Zaur İsmayılov

“Turan Tovuz”
35. Aleksey Kenyaykin
17. Rəhim Sadıxov
(77. İbrahima Vadji, 46)
88. Faiq Hacıyev (k)
(25. Denis Marandiçi, 46)
23. Alexandro Serrano
90. Jo Batista
15. Emmanuel Hakman
(4. Rahil Məmmədov, 73)
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
(21. Stiv Beusnar, 73)
33. Filip Damyanoviç
11. Dioqo Balau
(28. Aleksa Yankoviç, 73)
Ehtiyat oyunçular:
1. Oleq Baklov
13. Mehman Hacıyev
10. Xəyal Nəcəfov
5. Roderik Miller
8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi