"Bakı dünyanın idman paytaxtıdır” - İdman nazirindən AÇIQLAMA

07:10 Atçılıq 52
"Bakı dünyanın idman paytaxtıdır” - İdman nazirindən AÇIQLAMA

Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sözügedən yarışın ardınca jurnalistlərə açıqlamasında deyib.

O, çempion olan Azərbaycan təmsilçisi "Elit polo club"un layiqli qələbə qazandığını söyləyib:

"Bakı dünyanın idman paytaxtıdır. Bu il Bakı bir sıra idman tədbirlərinə ev sahibliyi edib və etməkdədir.

Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri bizim növbəti uğurumuzdur. "Sea Breeze" rəhbərliyinə təşkilatçılığa görə təşəkkür edirəm.

Qalib gələn Azərbaycan komandasını isə ürəkdən təbrik edirəm. Turnir yüksək səviyyədə təşkil olunmuşdu.

Ümumiyyətlə Azərbaycan Respublikası Atcılıq Federasiyası çox aktivdir".

Nazir sonda bildirib ki, növbəti ildən paytaxt Bakıda yeni idman tədbirləri baş tutacaq.

"Elit polo club" finalda İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində 6:4 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi