“Neftçi”nin bombardiri “Sabah”la “Qarabağ”a “meydan oxudu”

19:20 Neftçi 133
“Neftçi”nin bombardiri “Sabah”la “Qarabağ”a “meydan oxudu”

“Neftçi”nin braziliyalı legioneri Breno Almeyda Sportinfo.az-a müsahibə verib.

5 turdan sonra 6 qolla Premyer Liqanın bombardirlər siyahısına başçılıq edən cinah yarımmüdafiəçisi “İmişli” üzərindəki 3:2 hesablı qələbədən sonra sualları cavablandırıb.

- İlk hissədə qol vurdun, assist etdin, olduqca fəal görünürdün. Fasilədən sonra kölgəyə çəkilməyin nə ilə bağlıydı? Sanki yorulmuşdun.

- Bu gün dözülməz dərəcədə isti var idi. Sintetik örtükdə, bu cür isti havada 5-in yarısı futbol oynamaq hər şeyi alt-üst edir.

Orqanizm 90 dəqiqə eyni tempi saxlaya bilmir. Projektor olmalıdır ki, matçlar axşam sərində keçirilsin.

- Komanda yoldaşın Qustavo Klisman möhtəşəm qola imza atdı. Meydanda olduğun oyunlarda belə bir qol vurulmuşdu?

- Əlbəttə, buna bənzər qollar vurulub. Qustavo səviyyəli futbolçu olduğunu hər dəfə məşqlərdə göstərir, oyunlarda da göstərəcək.

Gələcəkdə daha keyfiyyətli Qustavo görəcəksiniz. Bu, onun başlanğıcıdır.

- 5 oyunda vurduğun 6 qolla bombardirlər siyahısına başçılıq edirsən. Bombardirlik uğrunda mübarizə aparacaqsan?

- Rəqəmlərə xüsusi önəm verən biri deyiləm. Məşqlərdə daha çox çalışıram ki, “Neftçi”yə fayda verim.

Komandama kömək etməyə çalışıram. İşimiz qol vurmaq, qol ötürməsi verməkdir. Əsasən komandamın çempionluğuna köklənmişəm, bombardirliyə yox.

- “Sabah”la “Qarabağ”ın mübarizə apardığı çempionatda çempionluq nə dərəcədə mümkün görünür?

- Əsas rəqiblərimizlə oyunlarımız böyük önəm daşıyacaq. Bilirəm, çətin olacaq. Amma mümkünsüz deyil.

Rəqiblərimizə hörmətlə yanaşaraq “Neftçi” olduğumuzu göstərəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti