Banqladeşdə Azərbaycana gələnləri necə seçirlər?

Banqladeşdə Azərbaycana gələnləri necə seçirlər?

Banqladeş Futbol Federasiyası (BFF) Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək milli komanda üçün futbolçu seçimlərinə başlayıb.

Sportinfo.az xəbər verir ki, ilkin seçimlər sentyabrın 12-dək ölkənin paytaxtında olacaq.

Maraqlıdır ki, ölkənin 8 inzibati bölgəsində BFF tərəfindən akkreditasiya almış akademiyaları təmsil edən ümumilikdə 320 futbolçu hazırda özünü sınayır.

Hər akademiyaya seçimlərə 2 futbolçu göndərməyə icazə verilib.

U-15-lərin dünya çempionatı 22-31 oktyabrda ölkəmizdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı