"Sabah" Sumqayıtda 3 xalı 3 qolla qazandı

14 Sentyabr 20:51 Premyerliqa 1 132
"Sabah" Sumqayıtda 3 xalı 3 qolla qazandı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçirilib.

Debütant "Şəfa" son çempion "Sabah"ı qəbul edib. Görüş "Sabah"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1), "Araz-Naxçıvan" - "Turan Tovuz" (2:2) və "Zirə" - "Qarabağ" (1:1) matçlarında qalib müəyyənləşməyib.

19:00. "Şəfa" – "Sabah" 0:3

Qollar: Patrik Mbina 25, Abdulax Xaybulaev 30, Velko Simiç 69

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Gülnurə Əkbərzadə.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

"SOCAR Polymer Arena"

"Şəfa": 1. Nicat Mehbalıyev, 28. Murad Musayev (k), 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi, 7. Treyvon Fuller.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 66. Nurhan Abdıyev, 8. Vlad Pop, 22. Umar Diav.
Baş məşqçi: Zaur Həşimov.

"Sabah": 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 27. Timoteuş Puxaç (k), 37. Du Keyros, 99. Patrik Mbina, 7. Umarali Rahmonaliyev, 4. Eyden Makkarti, 23. Yunes Laşaab.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 1. Amin Ramazanov, 16. Rauf Rüstəmli, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Junior Almeyda, 88. Rodriqo Fernandes, 18. Karlos Eduardo, 8. Kristian Nvaçukvu, 35. Cafet Bulus.
Baş məşqçi: Valdas Dambrauskas.

Digər Xəbərlər
Xəbər Lenti