Adı “Qarabağ”la hallanırdı, Belarusa getdi

22:20 Hadisə 110
Adı “Qarabağ”la hallanırdı, Belarusa getdi

Andrey Sinenkonun yeni klubu müəyyənləşib.

Belaruslu qapıçı karyerasını vətənində davam etdirəcək.

Ötən mövsüm Premyer Liqada “İmişli”nin uğurları üçün tər tökmüş 29 yaşlı “çərçivə” qoruyucusu “Dnepr Moqilev”lə anlaşıb.

Klubla futbolçu arasında 1 illik müqavilə bağlanıb.

Maraq üçün bildirək ki, ötən mövsümün ilk yarısında uğurlu çıxışla fərqlənən Sinenkanın adı “Qarabağ”la yanaşı çəkilirdi.

O, 2025/26 mövsümünün ilk yarısında 530 dəqiqə ərzində qapısından top buraxmamaqla çempionatın ən uzun qolsuzluq seriyasına imzasını yazdırmışdı.

Buna baxmayaraq, mayda “İmişli”dən ayrılandan sonra yeni iş yeri tapmaq ona 3 ay gözləmək bahasına başa gəldi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti