“Bir gün mənə də millidən dəvət gələcək“

13 Sentyabr 23:45 Hadisə 481
“Bir gün mənə də millidən dəvət gələcək“

“Hər bir futbolçu şanlı formanı geyinməyi arzulayır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Şəfa”nın qapıçısı Nicat Mehbalıyev deyib.

Son illəri ”Sabah”da keçirən kiper bu mövsümdən ”göy-ağlar”ın şərəfini qoruyur. Premyer Liqanın geridə qalan dörd turunda da meydana çıxan ”əlcək sahibi” inamlı təsir bağışlayıb.

O, ”özünü yığma komandada görürsənmi” sualına cavabında aşağıdakıları söyləyib:

”Millidə olsam da, olmasam da, daim onun uğurlarına sevinmişəm. Bundan sonra da sevinəcəm. Ora dəvət olunmaq mənim ən böyük

rzularımdan biridir. İnanıram ki, bir gün mənə də dəvət gələcək. O ümidlə hər məşqdə öz üzərimdə səylə çalışıram”.

Digər Xəbərlər
Xəbər Lenti