“Argentinadan gətirdiyimiz atların qələbələrdə rolu böyükdür”

04:00 Atçılıq 56
“Argentinadan gətirdiyimiz atların qələbələrdə rolu böyükdür”

İlk dəfə Azərbaycanda keçirilən çimərlik polosu üzrə yarışda qalib olmaq çox gözəldir.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın "Elit polo club" komandasının üzvü Elçin Camallı jurnalistlərə açıqlamasında deyib.

O, "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olmaları barədə danışıb:

"İlk dəfə Azərbaycanda keçirilən çimərlik polosu üzrə yarışda qalib olmaq çox gözəldir. Həqiqətən yarış çox yüksək səviyyədə keçdi.

Turnirə çox ciddi hazırlaşmışdıq. Keçirdiyimiz təlim-məşq toplanışları və Argentinadan gətirdiyimiz atların qələbələrdə rolu böyük idi. Bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk.

Avropa çempionu olduqdan sonra Prezident İlham Əliyevin qəbulunda olarkən o bizə bildirdi ki, qələbə qazanmaq çətindir, lakin zirvədəki yeri qorumaq ondan da çətindir. Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq".

İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində 6:4 hesablı qələbə qazanan Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi