“Buraxdığımız qollar məni məyus edir, artıq neçənci dəfədir ki...”

00:30 Hadisə 103
“Buraxdığımız qollar məni məyus edir, artıq neçənci dəfədir ki...”

"Şəfa" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "SOCAR Polymer Arena"da "Sabah"a 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk qolu buraxana qədər oyundan razı idim. Daha çox top bizdə qalırdı, hücumlar qururduq. Əlbəttə ki, rəqibin gücünü nəzərə alırıq. Çox yaxşı komandaya qarşı oynadıq. 4 gün əvvəl "Mançester Yunayted"lə oynayan komandadır. Düşünürəm ki, "Sabah"a qarşı layiqli mübarizə apardıq. Sadəcə olaraq buraxdığımız qollar məni məyus edir. Artıq neçənci oyundur ki, öz səhvlərimizdən belə qollar buraxırıq. Ümumən komandamdan razı qaldım. "Şəfa" oyunu ilə çempionata rəng qata bilib. Gələcəkdə daha yaxşı oynayacağımızı düşünürəm.

- "Şəfa" ən çox qul buraxan və ən az qol vuran iki komandadan biridir. Bu məqam sizi narahat edir?

- Əlbəttə narahat edir. Çempionluğa oynayan komandalardan daha çox qol buraxmışıq. Bununla barışmırıq. Bu rəqiblərə qarşı tədbir görməliyik.

- Qapıçı Nicat Mehbalıyev səhvlərə yol verir. Onunla fərdi söhbət aparmağı planlaşdırırsız?

- Nicat bizim futbolçumuzdur. O, bilir ki, digər qapıçılarla rəqabət olacaq. Bu, Nicatı cəzalandırmaq üçün deyil.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”