Tyaqo Silva Rəşad Sadıqovun ən sevimli futbolçularından idi.
İstər insani keyfiyyətlərinə görə olsun, istər peşəkarlığına, istərsə də futbolçu bacarığına görə.
“Zirə”nin baş məşqçisinin əlacı olsaydı, 26 yaşlı portuqaliyalı qapıçı ilə karyerasının sonuna qədər – 10 illik müqavilə bağlayardı.
2024/25 mövsümündə “qartallar”ın Konfrans Liqasının pley-off mərhələsinə qədər yüksəlməsində Tyaqonun danılmaz əməyi olmuşdu. “
Osiyek”lə qarşılaşmada mərhələnin adlanmasında penalti seriyasında 4 zərbəni dəf edən portəgiz qolkiper yüzminlərin sevgisini qazanmağı bacarmışdı.
Daxili yarışlardakı sabitlik də üstün tərəfi idi. Hansısa səhvə yol verəndə hamı şoka düşürdü, inanmaq olmurdu.
Xülasə, “Zirə” onu saxlamaq üçün çox çalışdı, çox addım atdı, xeyri olmadı. Müqaviləsi başa çatan kimi şələ-şüləsini yığıb Bakını tərk etdi.
Azərbaycandan ayrılmasından təxminən 4 ay vaxt keçib. Tyaqo hələ də klubsuzdur. Hətta elitanı tərk edən “Karvan-Yevlax”ın futbolçuları belə özlərinə klub tapdıqları halda, Silva kənarda qalıb.
Ola bilsin, təklif olunan məbləğ onu qane etmir. Ola bilsin, gözlənilməz zədə ilə üzləşib. Ola bilsin, şəxsi həyatında yaşanan mümkün çətinliklər futbolu kənara qoymasına səbəb olub.
Lakin bir şey dəqiqdir ki, “Zirə”nin minnətçi düşdüyü qapıçı bu gün klubsuz və futbolsuz qalıb.
HƏBİB / SPORTİNFO.AZ
