Bizim ölkə çempionatında Türkiyədən gələn 10 nəfər də mübarizə aparır - FOTOLAR

03:40 Digər növlər 45
Bizim ölkə çempionatında Türkiyədən gələn 10 nəfər də mübarizə aparır - FOTOLAR

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində keçirilən çempionatın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardınca yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar haqqında məlumat verilib. Rəsmi hissədən sonra yarışlar başlayıb.

Açıq ölkə çempionatında Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərdən ibarət heyət Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparır.

Yarış sentyabrın 14-nə qədər davam edəcək. Mükafatlandırma mərasimi son gündə saat 18:00-dan etibarən baş tutacaq.

Qaliblər diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.







Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi