“Qarabağ”ın müdafiəçisi: “Çempionatda hələ də məğlub olmadığımıza sevinməliyik”

13:20 Müsahibə 104
“Qarabağ”ın müdafiəçisi: “Çempionatda hələ də məğlub olmadığımıza sevinməliyik”

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın macarıstanlı müdafiəçisi Bense Varkonyi Misli Premyer Liqasının 5-ci turunda “Zirə”yə qarşı keçirilən oyundan (1:1) sonra sualları cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Qalib gəlmək istəyirdik. Bunun üçün çox çalışdıq. Qalib gəlməyin yollarını axtarırdıq. Daha diqqətli olmalıyıq. Rəqib də yaxşı çıxış etdi. Ümumiyyətlə, Zirədə oynamaq asan deyil.

- Sizcə, “Qarabağ” bu matçda qələbə layiq idi?

- Oyuna biz nəzarət edirdik, topa daha çox yiyələnirdik. Qalib gəlmək üçün çox çalışırdıq. Üstünlük bizim tərəfimizdə idi. Lakin hesabı açan tərəf rəqib oldu. Sonradan hesabı bərabərləşdirdik. İkinci qolu vurmaq üçün çox çalışdıq.

- Bəs 3 xal qazanmaq üçün nə çatmadı?

- Bu da oyunun bir hissəsidir. Məşqlərimizi davam etdirməliyik. İşimizə köklənməliyik. Başqa heç nə düşünməməliyik. Çempionatda hələ də məğlub olmadığımız üçün sevinməliyik. Bu seriyanı mövsümün sonuna kimi davam etdirsək, əla olar.

- “Qarabağ” mövsümün sonunda turnir cədvəlində “Sabah”ı qabaqlaya bilər?

- Əlbəttə. Bizim məqsədimiz də məhz budur. Çempionatın qalibi olmaq istəyirik. Təbii ki, “Sabah” yaxşı komandadır, Çempionlar Liqasında oynayırlar. Lakin digər rəqibləri də unutmaq olmaz. “Zirə” də yaxşı oynayır. Həmçinin “Neftçi”yə qarşı oyunumuz da çətin keçəcək. İndi yalnız oyundan-oyuna, irəli baxmalı, inkişaf etməliyik.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?

- Fərqli çempionatdır. Hər komanda heyətini yaxşı futbolçularla gücləndirməyə çalışır. Eləcə də gənc futbolçuların səviyyəsi yüksəkdir.

- Bəs Azərbaycan Premyer Liqasını daha əvvəl çıxış etdiyiniz Macarıstan çempionatı ilə necə müqayisə edərdiniz? Hansı fərqlər var?

- Azərbaycanda hər oyun fərqlidir. Lakin indidən bu suala dəqiq cavab verə bilmərəm. Bir dövrə oynayaq, qətiləşdirərik.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı