Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Toral Bayramovunun çıxış etdiyi “Bursaspor” öz meydanında “Erokspor”u qəbul edib.
Oyunda qalib müəyyənləşməyib – 2:2.
Toral da bu qarşılaşmada meydanda olub. O, matçın 63-cü dəqiqəsində - görüşdə bütüh qollar vurulduqdan sonra oyuna daxil olaraq sonadək mübarizə aparıb.
“Bursaspor” hazırda 7 xalla vahid liderdir.
