“Ola bilsin, “Barselona”da onun gedişinə seviniblər, amma…”

01:40 İngiltərə 77
“Ola bilsin, “Barselona”da onun gedişinə seviniblər, amma…”

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager, Mersisayd klubunun yeni transferi Ronald Arauxonun çıxışını dəyərləndirib.

Onun fikrincə, “Liverpul” Arauxonu yalnız mərkəz müdafiəsində oynamaq üçün deyil, sağ cinahda da istifadə etmək məqsədilə icarəyə götürüb.

Sportinfo.az “Talksport”-a istinadən xəbər verir ki, o, “qırmızılar”ın azarkeşlərinin Arauxonu sevdiyini düşünür:

“Arauxo cəmi iki oyundan sonra az qala kult (azarkeşlərin sevimlisi) fiquruna çevrilib. Azarkeşlər onu dərhal sevdilər.

Ola bilsin, “Barselona”da onun gedişinə seviniblər, amma “Liverpul” azarkeşləri onu böyük sevgi ilə qarşıladılar.

Görünür, bu, onun da xoşuna gəlir. Qəhrəmanlar məhz belə yaranır – azarkeşlərlə qurulan münasibətlər sayəsində”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi