Misli Premyer Liqasının V turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edən "Zirə" 1:1 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirib:
"Oyunçularıma təşəkkür edirəm. Sona qədər mübarizə apardılar.
Olduqca sürətli və keyfiyyətli oyun alındı. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik.
Hər iki komanda mübariz oyun göstərdi. Bu cür matçın olacağı gözlənilən idi.
Milli ara olacaq. İstəməzdik bu cür fasilə yaransın. Bu tempimizi qorumağa çalışacağıq.
Hələ ki, oyunumuz yaxşı alınır. 8 matçdır sistemimizi dəyişmirdik. Bu qarşılaşmada zədələrdən dolayı məcbur sistemi dəyişməyimiz rəqibi çaşdıra bilər.
Bu cür matçlar Premyer Liqanın səviyyəsini artıracaq. "Sabah"la matçdakı məğlubiyyətimizi azarkeşlərimizə unutdurmağa çalışdıq və bunun üçün əlimizdən gələni etdiyimizi düşünürəm.
"Sabah"la matçı təhlil etdiyimizdə futbolçular gördülər ki, böyükhesablı məğlubiyyətə baxmayaraq, hücumda yaxşı epizodlarımız olub.
Mourinyonun məşhur bir ifadəsi var: “Bir dəfə 0:5 hesabı ilə uduzmaq, beş dəfə 0:1 hesabı ilə məğlub olmaqdan daha yaxşıdır"
Növbəti matçda "Turan Tovuz"la qarşılacağıq. Bizi çətin oyun gözləyir. Bilirik ki, "Turan Tovuz" səfəri hər komanda üçün çətin keçir."
