33 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU

14 Sentyabr 07:00 Gündəm 445
33 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…