“Real”ın hücumçusu Endrik komandadan ayrıla bilər.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, “Roma”nın qış transfer pəncərəsində braziliyalı futbolçu ilə bağlı danışıqları yenidən başlatmağı planlaşdırdığı bildirilir.
İtaliya klubu yayda da Endriki heyətinə qatmağa çalışıb. Lakin hücumçu əvvəlcə “Real”da özünü göstərmək istədiyi üçün təklifi qəbul etməyib.
Daha sonra Madrid klubunun baş məşqçisi Joze Mourinyo Rodriqonun zədələnməsinə görə Endrikin heyətdən ayrılmasına mane olub.
Endrikin “Real”da kifayət qədər oyun vaxtı almaması onun narazılığını artırıb. Bu isə “Roma”nın forvardı transfer etmək şansını yüksəldir.
