“Mən əsəbi deyiləm, komandamdan razıyam“ - Mourinyo deyir

21:40 İspaniya 69
“Mən əsəbi deyiləm, komandamdan razıyam“ - Mourinyo deyir

“Real”in baş məşqçisi Joze Mourinyo komandasının çıxışından danışıb.

Madrid klubu şənbə günü La Liqada doğma meydanda “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib.

Oyundan sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssisə ehtiyat oyunçular skamyasında bəzi məqamlarda niyə əsəbi göründüyü barədə sual verilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sualı belə cavablandırıb:

“Mən əsəbi deyiləm, komandamdan razıyam. Lakin biz birlikdə cəmi bir neçə həftədir ki, işləyirik.

Üç günə və ya üç aya, bəzən hətta üç ilə belə, mükəmməl komanda qurmaq mümkün deyil. Mən çoxlu müsbət məqamlar görürəm. Biz addım-addım irəliləməyə çalışırıq”.

“Real” La Liqada ilk 5 turdan sonra ümumilikdə 12 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti