“Əlbəttə, 0:4 hesabı ilə uduzmaq heç vaxt xoş deyil, amma düşünürəm ki, bu, bizim üçün böyük təcrübədir”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın legioneri Velko Simiç “Mançester Yunayted”lə oyun (0:4) haqda deyib. .
“Bu səviyyədə hansı səhvlərə yol verə bilməyəcəyimizi görmək baxımından faydalı oldu. İnanıram ki, bu turnir ərzində inkişaf edəcəyik”, - deyə, serbiyalı yarımmüdafiəçi vurğulayıb.
Simiç oyundan müsbət məqamların da olduğunu vurğulayıb:
“Bu oyundan götürə biləcəyimiz bəzi müsbət məqamlar var.
Amma dediyim kimi, bu ən yüksək səviyyəli yarışda bəzi sadə səhvlərdən, xüsusilə də meydanın bizə aid hissəsində yol verdiyimiz səhvlərdən qaçmalı və hücumda daha məhsuldar olmağa çalışmalıyıq”.
