Toral Bayramov oynadı, “Bursaspor” qələbəni əldən verdi

14 Sentyabr 02:20 Bizimkilər 655
Toral Bayramov oynadı, “Bursaspor” qələbəni əldən verdi

Türkiyə Birinci Liqasının yeddinci turunda “Bursaspor” doğma meydanda “Esenler Erokspor”u qəbul edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

“Bursaspor” 16-cı dəqiqədə Keleçi İheanançonun qolu ilə hesabı açıb. Cəmi iki dəqiqə sonra Mikail Okyar tarazlığı bərpa edib. 20-ci dəqiqədə isə Linkoln Enrike meydan sahiblərini yenidən önə keçirib.

İkinci hissənin əvvəlində “Esenler Erokspor” hesabı yenidən bərabərləşdirib. 50-ci dəqiqədə Yusuf Erdoğan fərqlənərək yekun hesabı müəyyənləşdirib - 2:2.

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 63-cü dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olub.

Keleçi İheanançonun daha iki qolu ofsayd səbəbindən qeydə alınmayıb.

“Bursaspor” hazırda yeddi turdan sonra 16 xalla turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti