Misli Premyer Liqasında 5-ci tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun mərkəzi matçında isə "Qarabağ" "Zirə" ilə üz-üzə gəlib. Görüşdə komandalar hərəyə 1 qol vuraraq heç-heçəyə razılaşıb.
Turun əvvəlki qarşılaşmalarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" matçında isə (1:1) qalib müəyyənləşməyib.

16:30. "Araz-Naxçıvan" – "Turan Tovuz" 2:2
Qollar: Emmanuel Hakman 7-öz qapısına. Ağadadaş Salyanski 86-pen // İbrahima Vadji 51. Joarlem Santos 75
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu
"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 7. Rövlan Muradov 26. Ömər Buludov 2. Abdulla Rzayev 8. Mustafa Əhmədzadə 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 5. Luka Dumançiç
Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 29. Ceyhun Nuriyev 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 12. Bruno Franko 10. Şarl Boli 23. Alberto Fernandes 19. Abdallah Sudi
Baş məşqçi: Zaur İsmayılov
"Turan Tovuz": 35. Aleksey Kenyaykin 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 23. Alexandro Serrano 90. Jo Batista 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 11. Dioqo Balau
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 10. Xəyal Nəcəfov 5. Roderik Miller 21. Stiv Beusnar 77. İbrahima Vadji 25. Denis Marandiçi 8. David Tavareş 28. Aleksa Yankoviç
Baş məşqçi: Kurban Berdıyev
19:00. "Zirə" – "Qarabağ" 1:1
Qollar: İssa Cibrila 56 // Aleksey Kaşuk 65
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu
"Zirə": 72. Hüseynəli Quliyev, 32. Qismət Alıyev (k), 2. Amin Seydiyev, 4. Ruan Renato, 21. Rikardo Martins, 20. İssa Cibrilla, 17. Vieyrinya, 5. Ange Mutsinzi, 27. Bayere Lue, 16. Ktatau, 33. Mehdi Mişahşah.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Ayxan Hüseynov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 9. Davit Volkov, 10. Georgi Papunaşvili.
Baş məşqçi: Rəşad Sadıqov.
"Qarabağ": 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Xoni Montiel, 29. Renaldo Sefas, 25. Cebrail Makreçkis, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 21. Aleksey Kaşuk, 19. Taofik İsmail, 11. Reda Xadra, 88. Samuel Lobato, 33. Dieqo Rosa.
Baş məşqçi: Qurban Qurbanov.
