"Ola bilsin, yenidən “ən yaxşı” sözünü təkrarlamaq istəmirəm"

00:10 İspaniya 58
"Ola bilsin, yenidən “ən yaxşı” sözünü təkrarlamaq istəmirəm"

“Real”ın baş məşqçisi Joze Mourinyo, komandanın türkiyəli yarımmüdafiəçisi Arda Gülər haqqında yüksək fikirlər səsləndirib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Ardanın oyun keyfiyyətlərini və potensialını xüsusi qeyd edib:

“Məncə, onun inkişafını və fiziki baxımdan necə dəyişdiyini məndən daha yaxşı qiymətləndirən insanlar var.

Amma mənim üçün onun keyfiyyətləri inanılmazdır: oyunu “görməsi”, qətiyyəti, komandaya gətirdiyi sabitlik və epizodlar yaratmaq bacarığı. Düşünürəm ki, onun fantastik potensialı var və artıq statistikası da çox təsiredicidir.

Biz daha dərin təhlil aparırıq. Ola bilsin, yenidən “ən yaxşı” sözünü təkrarlamaq istəmirəm. Amma bəli, Gülər həqiqətən də, ən yaxşılardan biridir”.

“Real” sentyabrın 12-də, La Liqanın 5-ci turunda “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib.

Arda oyuna 72-ci dəqiqədə əvəzetmədən daxil olub. Komanda hazırda 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”